Bilgi.az
6 ayaqlı inək "müqəddəs" sayıldı - FOTOLAR
Hindistanda boynunda iki "əlavə" ayağı olan inək az qala müqəddəs sayılır və onun "ziyarət"inə hər gün yüzlərlə insan yollanır.
Boynundan iki rudiment ayaq sallanan inəyi sahibi kiçik yük maşınına qoyaraq ölkəni gəzir və "müqəddəs inək"lə "görüş"ə can atanlardan nəzir-niyaz toplayır.
İnəyin sahibi, 35 yaşlı Lakşmi Bosalın
dediyinə görə, yüzlərlə insan onun heyvanına yaxınlaşır, inəyin
boynundakı iki nazik ayağa toxunaraq tanrılardan nə isə
istəyirlər.
"İnək bizim üçün müqəddəs heyvandır. İnəyi "anamız" adlandırırıq.
İnəyimin boynunda olan iki ayaq da göstərir ki, Tanrı bu heyvanın
timsalında zühur edərək bizə xeyir-dua verir. Bu ayaqlara toxunana
tanrılar uğur vəd edir", - L.Bosal söyləyib.
Hindistanın Maharaştra ştatındakı Solatur şəhərində yaşayan L.Bosal
indiyədək 6 ştat və 15 iri şəhərdə olub.
Maharaştra, Qucarat, Madhya-Pradeş, Haryana və Uttar-Pradeşi inəyi ilə dolaşan L.Bosal indi ölkə paytaxtı Nyu-Delhidədir.
"Kahinlərin sözlərinə görə, inək Matşa Vayşna Devi tanrısının
izharıdır. Buna görə də az sonra Delhini tərk edərək Cəmmu və
Kəşmir ştatına, Matha Vaşyna Devi məbədinə yollanacağam", - Lakşmi
Bosal söyləyib./Milli.Az
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO