Bilgi.az
Doğum pulunu ödəyə bilməyən ananı həkimlər girov götürdü - FOTO
“Save The Children” beynəlxalq təşkilatının nümayəndələri dəhşətli insidentin şahidi olublar.
Belə ki,həkimlər qeysəriyyə əməliyyatının pulunu ödəyə bilməyən yenicə doğmuş ananı girov götürüblər.
Konqo Demokratik Respublikasında yaşayan 5 uşaq anası 30 yaşlı Mari əvvəlcədən xəstəxanada yer sifariş edərək mama həkiminin ödənişini edir. Lakin doğuş zamanı çətinliklər yarandığından Mari və oğlu aylarla xəstəxanada qalmalı olur. Keçən ilin noyabr ayından xəstəxanada qalan Mari bildirib ki, oğlu sağlamdır, lakin həkimlərin pulunu ödəyə bilmədiyi üçün onu evə buraxmırlar. O, deyir:
“Mən adi doğuş üçün pul yığmışdım, ancaq doğuş zamanı çətinlik yarandığından qeysəriyyə əməliyyatı etdilər. İndi isə mən əlavə olaraq 58 dollar ödəməliyəm, lakin bu məbləğ mənim ailəm üçün çoxdur. Ərim pulu ödəməyincə tibb bacıları mənə evə getməyə icazə verməyəcəklər”.
Maraqlısı odur ki, Mari kimi insanlar tək deyil, həkimlərdən biri qeyd edib ki, xəstəxanada pulu ödəmədiyi üçün 5 ana girov saxlanılır.
Marinin xəstəxanadan çıxması isə getdikcə daha da çətinləşir, çünki əri iş yerini tərk edərək evdə 5 uşağa baxır.
Camalə
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO