Bilgi.az
Saçı özündən uzun olan qız - FOTOLAR
Uzun saçlarına görə bir neçə mükafata layiq görülmüş hindistanlı qız, Ginnesin Rekordlar kitabına düşməyə iddialıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanının Allahabad şəhərindən olan Smita Srivastava ölkəsində ən uzun saçlı qız hesab olunur. Belə ki, qız 180 santimetrlik saçları ilə Limka Rekordlar kitabında (Hindistanda insan və heyvanlar aləmi haqqında illik nəşr olunan hesabat) düşüb.
Hazırda isə onun saçlarının uzunluğu 201 santimetrə çatır. Hindistan "Rapunzeli" adına layiq görülmüş 37 yaşlı qadın hələ də, saçlarını uzatmaqda davam edir. O, bununla da Ginnesə düşməyə cəhd edir.
Bir çox inşalar onun saçının həqiqiliyinə şübhə ilə yanaşsa da, əslində saçlar təbiidir. Srivastava uşaqlıqdan uzun saçlara meyl edib və uzatmağa başlayıb. O, vətənində bir sıra saç yağı məhsullarını reklam edir və gözəllik müsabiqəsinin jüri üzvlərindən biridir.
O, Ginnesin Rekordlar kitabına düşmək üçün çox güc sərf etməlidir. Çünki çinli Xi Quipinq 1973-cü ildən bəri uzatdığı uzun saçlara görə 2004-cü ildə Ginnesin Rekordlar kitabına düşüb. Belə ki, onun saçlarının uzunluğu 5,627 metr olub.
Nura
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR