Gəlin toyuna tabutda gəldi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Gəlin toyuna tabutda gəldi - FOTOLAR

Adət-ənənəyə görə, gəlini ya at belində, ya da faytonda toya gətirirlər. Britaniyada isə yeni evlnən cütlük inanılmaz yeniliyə əl atıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan Cenni Bakleff adlı qadın öz toyuna tabutda gətirilib. 58 yaşlı gəlin öz hərəkəti ilə hətta, qonaqları da təəccübləndirib.

"Toyu bir qədər fərqli etmək istəyirdim. Faytonla toya gəlməkdənsə, tabutun içində gətirilməyimi istədim", - təzə gəlin əlavə edib.

Tabut Cenninin qardaşına məxsus olub. Belə ki, Cenninin qardaşına da bu tabutu öz qızı hədiyyə edib. Bütün bunlardan isə Cenninin 51 yaşlı əri Krisin xəbəri olmayıb. Ona görə də, Cenni tabutun içində səcdəgaha gəldikdə, Kris çox təəccüblənib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm