Sevgilisindən ayrılan kişi hər şeyini yarı böldü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sevgilisindən ayrılan kişi hər şeyini yarı böldü - FOTOLAR

İnsanlar sevgilisindən ayrılarkən daha nələrə əl atmırlar ki? Məsələn, almaniyalı bir kişi sevgilisindən ayrıldıqdan sonra bütün əşyalarını yarı bölməyə başlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adı təqdim olunmayan kişi televizor, "iPhone 5", "Apple" notbuku və hətta avtomobilini də keçmiş sevgilisi ilə yarıbayarı bölüb.

O, böldüyü əşyaların bir hissəsini keçmiş sevgilisinə göndərib, digər hissələri isə "eBay" alqı-satqı saytında satışa çıxarıb. Bundan əlavə, alman vətəndaşı stulları, velosipedi, yumşaq ayı balasını, divanı da iki hissəyə bölüb. O, "YouTube"-da "Laura üçün" adlı video hazırlayaraq deyib: "12 "gözəl" illərə görə çox sağ ol, Laura. Həqiqətən də, hər şeyin yarısı sənə mənsubdur".

Alman vətəndaşı "eBay"-də satışa çıxardığı korlanmış əşyaları 1-2 dollara satışa qoyub. Onların arasında ən bahalı əşya yarıya bölünmüş "Apple Macbook" kompyuterdir. Onun qiyməti 10 dollardır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm