Ən qədim tapıntılar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən qədim tapıntılar - FOTOLAR

Alimlərin apardıqları arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntılar minlərlə insanların marağına səbəb olur. Onların arasındakı bəzi tapıntı növləri həqiqətən də, müasir insanı təəccübündirir.

Publika.az tapılmış ən qədim arxeoloji tapıntıları təqdim edir.

Sirkonun kristalı (4,4 milyard il)

Sirkon-planetdə tapılmış ən qədim daşdır. O, silikat minerallar qrupuna aiddir. Mineral 2001-ci ildə Avstraliyanın Pert şəhərindən tapılıb.

Ayaq barmağı üçün protez (3000 il)

Yaşı 3000-dən çox olan protez mumiyanın barmağında tapılıb. O, planetdə mövcud olan ən qədim protezdir.

Marixuana (2700 il)

Ən qədim marixuana 2008-ci ildə Qobi səhrasında qəbirdən tapılıb. Tapılan 900 qramlıq marixuananın 2700 yaşı var.

Daş silah (3,3 milyard il)

Şəkildə gördüyünüz daş parçası qayadan qoparılmış hər hansısa bir hissəyə bənzəyir. Əslində isə, bu tapıntı arxeoloji aləmdə səs-küy yaradan bir maddi sübutdur. Belə ki, bu daş parçasının tarixi ağıllı insanın formalaşmasına 500 min il qalmış hazırlanıb. Ən qədim silah Keniyanın Turkana gölü ətrafında tapılıb.

Qədim musiqi (3,400 il)

Mixi yazılarla hurri dilində yazılmış gil lövhəcik, 1959-ci ildə Suriyanın Uqarita (indiki Ras-Şamra) şəhərindən tapılıb. Alimlər mixi yazıları deşifrə edərək lövhəcikdə himnin sözlərinin olduğunu aşkar etdilər. Bu isə onun ən qədim mahnı olması ilə tarixə düşüb. Qeyd edək ki, hurrilər tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etnos-siyasi birliklərdən biri olub.

Ən qədim saqqız (5000 il)

2007-ci ildə Finlandiya ərazisindən yaşı 5000-dən çox olan saqqız tapılıb. Neolit dövrünə məxsus olan tapıntını tozağacı şirəsindən hazırlandığı və onun üzərində diş izlərinin olması onun ən qədim saqqız olduğunu sübut edir. Qədim zamanlarda insanlar diş ətini müalicə etmək üçün tozağacı şirəsindən hazırlanmış saqqız çeynəyərdilər.

Ən qədim süni göz (4,888 il)

2006-cı ildə İran alimləri yaşı 4,800 il olan süni göz alması aşkar edib. Göz protezi 25-30 yaşlı qadına məxsus olub. Protez heyvan yağı ilə qarışdırılmış bitki qatranından hazırlanıb. Süni göz qadının göz ətrafında irin verdiyini arxeoloqlar aşkar edib.

Ən qədim maska (9000 il)

Neolit dövrünə məxsus olan maska hazırda Parisin İncil və müqəddəs torpaq muzeyində saxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm