ATU-nun iki tələbəsi təhsilini Avropada davam etdirəcək
Bizi izləyin

Elm və təhsil

ATU-nun iki tələbəsi təhsilini Avropada davam etdirəcək

ATU-nun 7 tələbəsi təhsillərini xarici universitetlərdə davam etdirmək imkanı əldə edib.

Azərbaycan Texnologiya Universitetinin (ATU) iki magistrantı “Erasmus+” tələbə mübadiləsi proqramı çərçivəsində bir semstrlik Avropada təhsil almaq imkanı əldə edib. Onlar 2016/2017-ci tədris ilinin 2-ci semestri ərzində təhsillərini Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Pan Avropa Universitetində davam etdirəcəklər.

Yola düşməzdən əvvəl tələbələri qəbul edən ATU-nun rektoru, professor Akif Süleymanov onları bu imkandan maksimum yararlanmağa, bu müddət ərzində bilik və bacarıqlarını zənginləşdirməyə çağırıb. Rektor qeyd edib ki, eyni zamanda Azərbaycan həqiqətlərini təbliğ etmək, xalqımızın dəyərlərini layiqincə təmsil etmək də onların əsas vəzifələrindən olmalıdır. Tələbələr isə bu cür nüfuzlu beynəlxalq təhsil layihələrində iştirak imkanı yaradıldığı üçün universitet tərhbərliyinə minnətdarlıq ediblər.

Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov məlumat verib ki, Slovakiyaya yollanan ATU-nun magistratura pilləsinin I kurs tələbələrindən Tural Həsənli Avtomatika, telekommunikasiya və informatika fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası, Asif Hacıyev isə eyni fakültənin telekommunikasiya ixtisası üzrə təhsil alır. Proqram çərçivəsində tələbələr Pan Avropa Universitetində təhsillərini telekommunikasiya ixtisası üzrə davam etdirəcəklər. Yol xərcləri də proqram hesabına təmin edilən iştirakçılar eyni zamanda 5 ay boyunca aylıq 750 avro məbləğində təqaüd alacaq və tibbi sığorta ilə təmin olunacaqlar. Tələbələr bu müddət ərzində universitetin yataqxanasında qalacaqlar. Dərslərini müvəffəqiyyətlə başa vurduqdan sonra semestr sonunda Pan Avropa Universitetində təhsil aldıqlarını təsdiq edən sertifikat alcaqlar.

Qeyd edək ki, son bir ildə ATU-nun 7 tələbəsi müxtəlif mübadilə proqramlarında iştirak edərək təhsillərini xarici universitetlərdə davam etdirmək imkanı əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm