Elm və təhsil
Azərbaycan dilçiliyində hadisə: Mirzə Kazımbəyin kitabı öz dilimizdə
Dünya şöhrətli həmyerlimiz, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq Universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri Azərbaycan dilinə çevrilib.
Publika.az xəbər verir ki, Azərbaycan dilinin ilk elmi qrammatkası olan kitabın nəşrindən 178 il sonra onu rus dilindən doğma dilimizə tərcümə edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri diliçilik” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovdur.
Üç hissə və iyirmi iki fəsildən ibarət min səhifədən artıq olan bu nəhəng işin önəmi mütərcimin orijinal mətnin tərcüməsi ilə yanaşı, kitaba öz tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə tərcüməçi-alim İ.Abbasov M.Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb etmişdir.
Elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan və Azərbaycan dilçiliyində mühüm hadisə kimi qiymətləndirilən kitabın məsləhətçisi mərhum dilçi-alim, akademik Tofiq Hacıyev, elmi redaktoru əməkdar elm xadimi, akademik Nizami Cəfərov, redaktorları isə filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müqayisəli-tarixi və tipoloji dilçilik ixtisası üzrə dissertantı Elnurə Abbasovadır.
Zəngin linqvistik-filoloji faktlar təqdim edən irihəcmli mükəmməl əsər dəyərli tədqiqatlar üçün əvəzsiz mənbədir.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO