Mafiyanın keçmiş “xaç atası” həbsxanada öldü
Bizi izləyin

Cinayət dünyası

Mafiyanın keçmiş “xaç atası” həbsxanada öldü

Məşhur Siciliya mafiyasının keçmiş “xaç atası” Toto Rina 87 yaşında ölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ciddi rejimli ömürlük həbs cəzasına məhkum edilən Toto Rina yerli xəstəxanada həyatını itirib.

İtaliyanın hüquq-mühafizə orqanlarında olan mənbələrdən jurnalistlərə bildirilib ki, mafiyanın keçmiş “xaç atas” son günlərdə koma vəziyyətində idi. İtaliyanın ədliyyə naziri Andrea Orlandonun şəxsi sərəncamı ilə cinayətkarın qohumlarına onunla vidalaşmağa icazə verilib.

Onun böyük oğlu Covanni isə atasıyla vidalaşa bilməyib, çünki, onun özü də dörd qətlin təşkilinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Öz qəddarlığına görə “Heyvan” ləqəbi almış Rina mafiyanın ən qanlı boslarından biri kimi tarixə düşüb. Onun əmri ilə Roma, Bolonya və Florensiyada bir neçə terror aktı təşkil edilib. Nəticədə yüzdən çox insan, həmçinin məşhur italyan müstəntiqləri Covanni Falkon və Paolo Borsellino öldürülüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm