Mənzil kirayəsində 12,59 faiz artım baş verib
Bizi izləyin

Daşınmaz əmlak

Mənzil kirayəsində 12,59 faiz artım baş verib

Mənzil kirayəsində 12,59 faiz artım baş verib

Ötən ay “kütləvi” yaşayış mənzillərindən fərqli olaraq “biznes” və “elit” mənzillərin kirayə qiymətlərində artım qeydə alınıb.

Ay ərzində orta qiymətin artması kirayə bazarında seqment dəyişikliyi ilə bağlı olub. Publika.Az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun araşdırmalarına istinadən bildirir ki, 2014-cü ilin yanvar ayında kirayə mənzil bazarında aktivlik stabil olub.

Buna baxmayaraq, qiymətlər son 767 $/mənzil 7,3% artaraq 823 $/mənzil və ya 11,37$/kv.m-dən 4,04% artaraq 11,83 $/kv.m-ə, bazarda əməliyyatların sayı isə 177-dən 1,13% artaraq 179 ədəd təşkil edib. Yanvar ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000$-dan yuxarı) payı 3,1% artaraq 23,0%-ə, ucuz evlərin (aylıq kirayə haqqı 500$-a qədər) payı isə 9,8% artaraq 23,4% olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq 13,0 artaraq 53,6% təşkil edib.

Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən ali təhsil ocaqlarında təhsil alacaq tələbələr və iş ardınca paytaxta gələn miqrantlar olub. Tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib: “2014-cü ilin yanvar ayında kirayə mənzil bazarında təklifin həcmi 10,1% artaraq 239 mənzil təşkil edib.

Təklif portfelində artım bazarda aktivliyin qismən artması ilə izah edilir. Ay ərzində xüsusən də təklif portfelində ucuz və bahalı evlərin payının artması həmin seqmentə tələbin stabil olması ilə bağlı olub.

2014-cü ilin yanvar ayı ərzində təklif portfelinin strukturunda da dəyişiklik qeydə alınıb. Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000 dollardan yuxarı olan mənzillərin 80-85%-i mərkəzi rayonlarda və ya I və II zonalarda təklif edilib. Qalan 15-20%-in mütləq hissəsini isə şəhərin III və IV zonalarında yerləşən mənzillər təşkil edib.

Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. Mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib, Əgər ötən ilin yanvar ayında kirayə mənzil bazarında orta qiymət 731,0 $/mənzil və ya 10,74$/kv.m təşkil edirdisə, 2014-cü ilin uyğun ayında 823 $/mənzil və ya 11,83 $/kv.m olub. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində 12,59% artım, 1 kv.m sahənin kirayə qiymətində 10,15% artım olub.

Yanvar ayında kirayə verilən evlərin ümumi qiymətində və hər kv.m-də qiymətin artması yaşayışın tədricən bahalaşmasının göstəricisidir. Məlum olur ki, “Kütləvi” və “biznes” yaşayış mənzillərinin kirayə qiymətlərindən uyğun olaraq “elit” evlərin kirayə qiymətlərində və əqdlərin sayında da artımlar müşahidə edilib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm