Ziyafət libaslarında gözqamaşdıran parlaqlıq - FOTOLAR
Bizi izləyin

Dəb

Ziyafət libaslarında gözqamaşdıran parlaqlıq - FOTOLAR

Məşhur rəssam Pablo Pikasso deyir ki, "Xəyal edə bildiyiniz hər bir şey həqiqətdir”. Məşhur rəssamın sözləri bu mövsüm lap yerinə düşür. Çünki mövsümün dəbi bizi rənglərin sehirli dünyasına səyahət vəd edir...

Biserli, bol naxışlı, muncuqlu və dəbdəbəli parçalar xanımları çox cəlbedici göstərir. Dizaynerlər bunu nəzərə alaraq, son bir neçə ildir ki, ziyafət geyimlərində parıltıya və daş-qaşa daha çox yer verirlər. Xüsusən də, livanlı dizayner Elie Saabın işləri geyimdə minimalizmə üstünlük verən xanımların da rəğbətini qazanıb.

Xəzinə adası görünüşü

Qızılın rəngindən güc alan bu tərz geyimdə xəzinə adasındakı dəyərli zinətlər kimi parlayacaqsınız.

Dəbli ətək: “Dany Atrache”

Köynək: “Paillette Lapel”

2015 Tesettür Abiye Elbise Kombinasyonları

Parıltının gücü

Kirşan tonlarının gənc xanımlara çox yaraşdığını xüsusi vurğulamaq lazımdır. Bu sakit ton işıltılı muncuqlarla birləşdikdə mükəmməl harmoniya yaradır.

Dəbli paltar: “Elie Saab”

2015 Tesettür Abiye Elbise Kombinasyonları

Zümrüdün cazibəsi

Parıltılı daş-qaşlar zümrüd rəngin cazibəsi ilə birləşməsi hər tərəfə enerji saçır. Geyimi düzgün aksessuarla birləşdirdikdə diqqət mərkəzində ancaq siz olacaqsınız.

2015 Tesettür Abiye Elbise Kombinasyonları

Dəbli paltar: “Jack Guisso”

Göstərişli, amma qüsursuz

Dəbli paltar: “Nikhil Thampi”

2015 Tesettür Abiye Elbise Kombinasyonları

Parlaqlığına və cəlbedici dəst olmasına baxmayaraq, sahibini çox dinamik göstərəcək. Bu dəsti eyni tonlarda olan aksessuarlar birləşdirdikdə dəvətin ən cazibəli xanımı şübhəsiz ki, siz olacaqsınız.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm