Dünyanın ən dəbli xanımları və bəyləri - FOTOLAR
Bizi izləyin

Dəb

Dünyanın ən dəbli xanımları və bəyləri - FOTOLAR

“Vanity Fair” jurnalı ən yaxşı geyinənlərin reytinqini dərc edib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buraya nəinki kino və şou-biznes nümayəndələri, eyni zamanda iş adamları, dəb xadimləri və kübar təbəqənin ən sanballı adamları daxil olub.

Reytinqin ilk pilləsində aktyor Bill Nayi və İngiltərə baş nazirinin xanımı Samanta Kemeron qərarlaşıb.

Ən yaxşı geyinənlər siyahısına müğənni Teylor Svift, aktyor Corc Kluninin gülərüzlü həyat yoldaşı Amal da daxildir. Dəb ekspertləri onların tərzini çox yüksək qiymətləndirib.

Ən yaxşı geyinən xanımların sırasına Rihanna, İspaniya kraliçası Letisiya, Şarlotta Kaziqari, İrlandiya qrafinyası Sofi, amerikalı biznes-ledi Meloddi Hobson və “Tiffany” brendinin dizayneri Françeska daxildir.

“Vanity Fair” jurnalının tərtib etdiyi “Top-10”dakı ən yaraşıqlı kişilər arasında biznesmen Stavrosa Niarxosa III, rəssam İke Ude, İsveç şahzadəsi Karl Filippin və Böyük Britaniya şahzadəsi Harri yer alıb.

Maraqlıdır ki, jurnal Hollivud ulduzları üçün xüsusi siyahı tərtib edib. Buraya isə Emma Uotson, Diana Kryuger, Emma Stoun, Siena Miller, Eddi Redmeyn, Maykl Fassbender, Şarliz Teron, Fan Binbin, Alisiya Vikander daxildir.

“Vanity Fair” jurnalı Qran-prini bu dəfə də ərəb şeyxinin xanımı Moza bint Nəsir əl Minsədə verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm