Payız-qış mövsümünün ayaqqabı dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Payız-qış mövsümünün ayaqqabı dəbi - FOTOLAR

Ayaqqabı markalarının bir çoxu indidən 2015-2016 payız-qış mövsümünün ayaqqabı modellərini satışa çıxarıb. Hər tərzə uyğun, bir-birindən təsirli modellər moda həvəskarlarının ixtiyarına buraxılıb. Publika.az dəbi yaxından təqib edən ayaqqabı həvəskarları üçün 2015-2016 payız-qış mövsümündə dəbdə olan ayaqqabı modellərini təqdim edir:

Ayaqqabılar: “Nine West”

Rahatlığına düşkün olan qadınların üstünlük verdiyi maskulin (kişisayağı) tərzi ayaqqabılar demək olar ki, hər markanın kolleksiyasında rastımıza çıxır.

Nine West ve Hotiç 2015-2016 Sonbahar Kış Ayakkabı Modelleri

Ayaqqabılar: “Prada”

“Prada”-nın payız-qış kolleksiyasında “Marry Ceyn” kimi tanınan və geniş rəng çeşidi olan bu ayaqqabı modellərini mövsümün trendləri arasında görə biləcəksiniz.

Prada 2015-2016 Sonbahar Kış Ayakkabı Modelleri

Çəkmələr: “Calvin Klein”

Zərif qadın ayaqlarını qışın soyuğundan qoruyan çəkmələr sözsüz ki, bu il də aktual olacaq. Qarşıdan gələn mövsümdə həm uzunboğaz, həm də dizə qədər olan çəkmələrlə qəşəng qış obrazı yarada biləcəksiniz. Yağışlı günlər üçün xüsusi hazırlanan rezin çəkmələr bu mövsüm də kolleksiyalar arasında yer alır.

Qış mövsümündə ayaqqabıları əsasən, dəmir detallar bəzəyəcək. Ötən illərdən fərqli olaraq, bu il dabanlarda da dəmir elementlər nəzərə çarpır. Bu kimi ayaqqabı modellərini sadə paltarla birləşdirsəniz, həm güclü, həm də zərif görünəcəksiniz.

Calvin Klein 2015-2016 Sonbahar Kış Ayakkabı Modelleri

Ayaqqabı: “Burberry”

Çantalardan geyimlərə qədər hər yerdə istifadə edilən qotazlar və saçaqlar bu mövsümdə də ön plandadır. Bu cür ayaqqabılar xüsusilə ətəklərlə gözəl görünür.

Burberry 2015-2016 Sonbahar Kış Ayakkabı Modelleri

Ayaqqabı: “Just Cavalli”

Payız mövsümünün ayaqqabı dəbindən danışırıqsa, “Just Cavalli”- nin kolleksiyasındakı ayaqqabılardan bəhs etməmək olmaz. Bu brendin kolleksiyasında qızılı, zoğalı, qara və torpaq rəngləri ilə yanaşı, iddialı rənglər və naxışlar da göz qamaşdırır.

Just Cavallii 2015-2016 Sonbahar Kış Ayakkabı Modelleri

Ayaqqabılar: “Dolce Gabbana”

“Dolce & Gabbana” moda evinin qış kolleksiyasında da güllər açıb. Ayaqqabı kolleksiyası "Güllər", "Mavi Majolica" və "Qurşağı krujeva kolleksiyası" kimi üç ayrı konsepsiyada təqdim edilib. Moda evinin payız-qış kolleksiyasında krujeva detalları da diqqət çəkir.

Əsasən, gecə paltarlarında və çantalarında görməyə vərdiş etdiyimiz daş detalları bu moda evinin ayaqqabı kolleksiyasında da göz oxşayır. Parıltılı daşlarla bəzədilmiş ayaqqabılar sadə geyimi inanılmaz dərədəcə gözəlləşdirir.

Dolce Gabbana 2015-2016 Sonbahar Kış Ayakkabı Modelleri

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm