• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qarderobunuz payızın küləkli günlərinə hazırdır? - FOTOLAR

  • Dəb
  • 27 Avqust 2015 09:45
  • 1 410 Baxış
Qarderobunuz payızın küləkli günlərinə hazırdır?  - FOTOLAR

Artıq bir həftədir ki, payızın sərin nəfəsi özünü göstərir. Payız qapıdadır və soruşur ki, “hazırsınızmı, gəlirəm”.

Gələn həftədən isti yay öz yerini yağmurlu, küləkli payıza təhvil verəcək. Bəs, siz buna hazırsınızmı?

Publika.az-ın dəb bölməsi bu yazıda oxucularını payız qarderobunun bazası ilə bağlı məlumatlandıracaq. Qarderobunuz buna bənzərdirsə, deməli, yeni mövsümə hazırsınız. Yox, deyilsə, bizim qarderobumuza baxıb çatışmayanları tamamlamağa tələsin.

Beləliklə, payız qarderobunun əvəzolunmaz 12 geyimindən biri dabanlı botilondur (qısaboğaz çəkmə).

Payız aylarında havalar dəyişkən olduğu üçün tufli və baletkalar sizi çətin vəziyyətdə qoya bilər.Odur ki, onlara etibar etmək olmaz. Payız çəkməsinin əsas xarakteristikası davamlı olmasıdır. Yəni ayaqqabınız yaş asfaltda ayaqüstə qalmaqda çətinlik yaratmamalıdır.

Payız aylarında üstünlüyü sözsüz ki, laklı və dəri çəkmələrə verməlisiniz. Ümumiyyətlə, ayaqqabı məsələsində heç vaxt xəsislik etməyin. Çünki həyatınızın böyük hissəsini onların üzərində keçirirsiniz.

Klassik və universal cins

Təzə cins almağa və əlavə pul xərcləməyə gərək yoxdur. Dekorsuz klassik cinslər öz aktuallığını hər zaman qoruyub saxlayır.

Məxmər, dəri və ya zamşa don

Zamşa və məxmər don romantiklər üçün mükəmməl seçim olacaq. İdeal variant axtarışında olanlara "V" yaxalıqlı qısa və qolsuz modellər təklif olunur. Onu vodolazka və ağ maykalarla geyinə bilərsiniz.

Slipon və ya loafer ayaqqabılar

Qadın geyimləri ilə uzlaşdırılan kişisayağı ayaqqabılar dəbdən düşmək istəmir. Elə yaxşı ki, düşmür. Qadın geyimləri çox çeşidli olsa da, gəlin etiraf edək ki, kişi geyimləri daha rahatdır. Məsələn, dəri sliponlar payız üçün çox əlverişlidir. Onlar həm cins, həm də incə paltarlarla əla uzlaşır, İstənilən geyimlə uyğunlaşan ayaqqabı axtarışındasınızsa, payıza uyğun olaraq qara rəngli modeli seçin.

Vodolazka

Vodolazkanı nə ilə desən, geyinmək olar: cinslə, klassik şalvarla, eləcə də bu payız aktual olan midi və mini yubka ilə mükəmməl yaraşar.

Dama-dama köynək

Klassik tünd-qırmızı dama-dama köynək sizin obrazınıza nostalji təsir bağışlayacaq. Həzin payız günləri üçün ideal seçimdir. Köynəyin yalnız adi qaydada deyil, həm də beldə bağlanan variantını sınaqdan keçirin.

Dəri kurtka

Payız dəri kurtka olmadan lap darıxdırıcı olar. Yəqin ki, çoxları mənimlə razılaşar ki, dəri kurtkalar tutqun payız günlərində qadına seksuallıq bəxş etmək kimi qeyri-adi xüsusiyyətə malikdirlər. Dolabınızdakı dəri kurtka köhnəlibsə, onu dərhal yenisi ilə əvəz edin və ya rənglətdirməyə verin.

Plaş

Bu geyim növü alicənablığı və eleqantlığı simvolizə edir. Moda həvəskarları bu gün qarderoblarını əfsanəvi retro elementi - plaşları olmadan təsəvvür edə bilmirlər. Klassik plaşlar heç vaxt dəbdən düşmədiyinə görə, hər bir qızın qarderobu üçün çox yaxşı sərmayə hesab olunur. Çünki plaş sizi istənilən vəziyyətdən xilas etmək gücünə malikdir. Sual yarana bilər ki, necə? Gündüz cinslə, gecə isə kokteyl donlarla və yubkalarla çox yaxşı uzlaşır.

İpək yaylıq

Siz yaylıq, ləçək, şərf və digər bu qəbildən olan aksessuar həvəskarı olmasanız da, onlar hər bir qıza mütləq lazım olur. Məsələn, onların köməyi ilə 60-ci illərin dəbinə uyğun olaraq aktual retrosayağı obrazlar yaratmaq olar.

Rezin çəkmələr

Dəbli çəkmə və tufliləri leysanlı havalarda korlamağa dəyməz. Belə günlərdə dalbadal tufli geyinsəniz, ayaqqabılarınız su keçirəcək. Ona görə də hər birimizin qarderobunda bir cüt yaxşı rezin çəkməsi olmalıdır.

Xalat palto

Xalat paltolar həm payız, həm də qış üçün aktualdır. Tez xəstələnənlər üçün əla qoruyucudur.

Papaq

Papağa uşaqlıqdan nifrət etsəniz də, səhhətinizi təhlükəyə atmamaq naminə heç olmasa, bir ədəd dəbli baş örtüyünüz olmalıdır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR