Yarıqlı yubka dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Yarıqlı yubka dəbi - FOTOLAR

2015-ci ilin yayında dəbə minən önü yarıqlı yubkalar payız-qış aylarında da populyarlığını qoruyacaq.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, yarıqlı yubkaların midi modelləri daha çox aktualdır. Ön hissəsi yarıqlı olan həmin yubkalar bir çox cəhətdən maraqlı və əlverişlidir. Belə ki, həmin modellər həm qarnı gizlədir, həm də qadınlığı büruzə verən cizgiləri önə çıxarır.

Yarıqlı yubkalar həm idman ayaqqabıları, həm də stiletto ilə eyni dərəcədə qəşəng görünürlər.

Yarıqlı midi yubkaların, adətən, qara, göy, boz və zolaqlı variantları dəb gündəmini zəbt edib. Stil ikonaları isə bu yubkaları onunla eyni tonlu köynək, sviter, vodolazka ilə uzlaşdırmağa və monoxrom dəst yaratmağa üstünlük verirlər. Bu cür kombinlər effektli alınır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm