Mövsümün sevilən trendini diqqətdən kənar qoymayın - - FOTOLAR
Bizi izləyin

Dəb

Mövsümün sevilən trendini diqqətdən kənar qoymayın - - FOTOLAR

Zamşa gödəkcələr payız havaları üçün ideal seçimdir. Bu geyim həm minimalist, həm klassik, həm idman, həm də kejual üslubu ilə eyni dərəcədə uğurlu görünür.

Zamşa gödəkcələr payız havaları üçün ideal seçimdir. Bu geyim həm minimalist, həm klassik, həm idman, həm də kejual üslubu ilə eyni dərəcədə uğurlu görünür.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, bu il də hər zaman olduğu kimi zamşa metrialın əsasən, açıq qəhvəyi, sarımtıl qəhvəyi çalarları aktualdır. Bu cür qısa gödəkcəni hər tərzlə geyinmək mümkündür. Cins şalvar, cins köynək və zamşa pencəklə özünüzü həm rahat hiss edəcək, həm də şıq görünəcəksiniz.

Zamşa gödəkcə alanda ilk növbədə adətən hansı üslubda geyindiyini nəzərə alın. Əgər gündəlik istifadə edə biləcəyiniz model axtarırsınızsa, onda minimalist tərzdə və dekorsuz variantlar üzərində seçim edin.

Saçaqlı zamşa gödəkcə bohem tərzini sevənlər üçün variant əla olacaq və onlara çox dəbli obrazlar yaratmağa kömək edəcək.

Yeri gəlmişkən, dəblə ayaqlaşmaq üçün klassik qum və ya qəhvəyi çalarda zamşa gödəkcə almaq heç vacib deyil. Fərqlənməyi sevənlər zamşa üçün qeyri-xarakterik məsələn, mavi və ya tünd yaşıl gödəkcə seçməklə kifayət qədər maraqlı təsir bağışlaya bilərlər.

Zamşanı digər geyimlərlə kombin etməkdə çətin çəkənlər üçün stil ikonalarından bir neçə nümunə seçmişik.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm