Dəb
Milyonluq zinət əşyaları ilə MƏST EDƏN GÖZƏLLƏR: Monika Belluççi... - FOTOLAR
Dünən Los-Ancelesdə 44-cü dəfə “Qızıl Qlobus” kino mükafatlarının təqdimetmə mərasiminin keçirildiyi haqqında xəbər vermişdik.
Publika.az bu gün oxucuları qırmızı xalıda “Bvlgari”, “Lorraine Schwartz”, “Harry Winston”, “Cartier”, “Tiffany & Co.”, “Piaget”, “Repossi” kimi zərgərlik evlərinin milyon dollarlıq zinət əşyaları parlayan Hollivud gözəllərilə tanış edib.
Hətta “Qızıl qlobus" kimi nüfuzlu mükafatların təqdimat mərasimində bütün diqqətlər aktrisaların obrazlarına yönəlir. Ayıq-sayıq fotoqraflar Hollivud gözəllərinin bahalı bəzək əşyalarını xüsusi olaraq çəkir. Axı onlar bu mərasimə aylar öncədən ciddi cəhdlə hazırlaşır.
Ulduzların hər birinin obrazına ayrı-ayrılıqda nəzər salsaq, görərik ki, onlar üstünlüyü iri bəzək əşyalarına veriblər. Məsələn, açıq sinə dekoltesini iri sırğalar sayəsində tamamlayıblar. Həcmli sırğalar hərəkətli işıqların altında möhtəşəm effekt yaradır. Komplekt zinət əşyalarından imtina ediblər, çünki stilistlər bildirir ki, sırğa, üzük və boyunbağının dəst olması vacib deyil. Üstəlik, artıq belə zinət əşyalarını taxmaq dəb deyil.
Yeri gəlmişkən onu da qeyd edək ki, Monika Belluççinin, Nikol Kidmanın, Haydi Klumun, Emili Ratajovskin, Sinea Milleri, Natali Portmanı və digərlərinin ziyafət libaslarını iri əlvan daşlar, mirvari, iri metallar, zümrüd və almazlar bəzəyib.
Olivye Kalpo - sırğalar "Lorraine Schwartz"
Natali Portman - sırğalar "Tiffany & Co"
Monika Belluççi - boyunbağı "Cartier"
Sienna Miller - boyunbağı və sırğalar "Tiffany & Co"
Zoe Sandali - sırğalar "Bvlgari"
Priyanka Çopra - boyunbağı "Lorraine Schwartz"
Dryu Berrimor - üzüklər "Harry Winston"
Emma Stoun - boyunbağı "Tiffany & Co"
Emili Ratajovski - sırğalar " H.Stern"
Cessika Cesteyn - boyunbağı "Piaget"
Felisti Cons - sırğalar "Chanel"
Skarlett Stalonne - boyunbağı "Messika"
Sofiya Verqara - sırğalar "Lorraine Schwartz"
Kristen Bel - sırğalar "Harry Winston"
Riz Uizperspun - boyunbağı "Tiffany & Co"
Mendi Mur - sırğalar "Neil Lane"
Aytən
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR