İlin ən dəbli hamiləsindən seksual dəstlər - FOTOLAR
Bizi izləyin

Dəb

İlin ən dəbli hamiləsindən seksual dəstlər - FOTOLAR

Seksual imicini itirmək istəmir.

Ana olmağa hazırlaşan gözəllərin stili maraqla qarşlanır. Xüsusilə dünya udluzları sübut etməyə çalışır ki, hamilə olanda da öz tərzinə sadiq qalmaqla, gözəl görünmək mümkündür. Məsələn, əkiz anası olmağa hazırlaşan pop diva Beyons hamiləliyi ərzində seksual imicini itirmək istəmir.

Ulduzun qarnı gündən-günə böyüsə də, dikdaban ayaqqabılardan, dar libaslardan, ləl-cəvahiratdan vaz keçmir, dəb ehtirası onun qarnı ilə birlikdə böyüyür. Beyons hətta tədbirlərə çox cəsarətli və dərin sinə dekoltesində gəlir.

Əkizə hamilə olan müğənni heç nəyi əsirgəmir, özünə “Gucci”dən 26 min dollarlıq paltar geyməyi rəva görür. Dəstlərini hər bir qızın paxıllıq edəcəyi bahalı zinət əşyaları ilə tamamlayır. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Beyons dəb mütəxəssisləri tərəfindən ilin ən dəbli hamiləsi adına layiq görülüb.

Publika.az Beyonsun hamiləlik stillərinə aid bir neçə nümunə təqdim edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm