Bu rənglər bayram axşamı hər kəsə uğur və var-dövlət GƏTİRƏCƏK - FOTO
Bizi izləyin

Dəb

Bu rənglər bayram axşamı hər kəsə uğur və var-dövlət GƏTİRƏCƏK - FOTO

Xəbər verdiyimiz kimi 2018 Sarı Torpaq İt ili olacaq. Münəccimlərin sözlərinə görə, qarşıdakı il bizə çoxlu sevinc və səadət bəşx edir. Axı İt insanın ən sadiq dostudur. Əsas odur ki, Yeni ildə uğur gətirən rənglərə üstünlük verəsiniz.

Publika.az xarici mətbuata istinadən bayram axşamı hər kəsə uğur gətirən rənglərin siyahısını təqdim edir.

Uğur rəngi: Sarı

Sarı rəng müdriklik və sevinc rəmzidir. Həm də bu ilin əsas rəngidir, çünki Şərq təqviminə görə, 2018-ci il Sarı Torpaq İt ili üzərində təhvil olunur. Odur ki, bayram axşamı sarı paltar geyinmək hər kəsə uğur gətirəcək.

Aksesuarlar və ayaqqabı

Belə paltarla qızılı bəzək əşyaları çox yaxşı yaraşacaq. Ayaqqabı və çantanı sapfir çalarlarda seçin. Onlar obrazın parlaqlığını tarazlaşdıracaq.

Uğur rəngi: Qara

Qara həmişə eleqantlıq rəzmi olub və olacaq. Əgər Yeni İli qara paltarda qaşılasanız, onda bütün ili harmoniya və sakitlik içində keçirəcəksiniz.

Aksessuar və ayaqqabı

Krujeva donu daşlarla bəzədilmiş əl çantası və dikdaban ayaqqabılarla tamamlayın. Obrazı qırmızı dodaq boyasının köməyi ilə canlandırmağa dəyər.

Uğur rəngi: Çəhrayı

Bütün açıq rənglər yüngüllük və müsbət fikir yaradır, odur ki, bu rəngli paltarlar geyinənlərə Sarı İt ili çoxlu sürprizlər vəd edir.

Aksessuar və ayaqqabı

Zərifliyi qorumaq üçün paltara uyğun olaraq çəhrayı qızıldan olan sırğa taxın. Dəsti eyni rəngli klatç və strazlarla bəzədilmiş stilettolarla birləşdirin.

Uğur rəngi: Zoğalı

Bu rəng nəciblik, sülh və rifahın simvolu kimi düşünülür. Yeni ildə hansımız ona “Yox” deyə bilərik ki?

Aksessuarlar və ayaqqabı

Paltarın gözəlliyini vurğulamaq üçün iri sırğalar, qızılı klatç və bosonojkalar lazımdır. Stilistlər saçı açıq qoymaq və neytral makiyaj etməyi təklif edirlər. Beləliklə də görüntü təbii və zərif görünür.

Uğur rəngi: Metal tonları

2018-ci ildə maliyyə vəziyyətini düzəltmək və ya karyerada yeni yüksəkliklərə nail olmaq üçün metal tonları ən yaxşı seçimdir.

Aksessuarlar və ayaqqabılar

Obrazı həddindən artıq yükləməmək və görüntünün parlaq olmasını qarşısını almaq üçün böyük aksessuarlardan imtina etmək təklif edilir. Məxmər klatç və minimum ləl-cəvahirat yaxşı seçimdir. Amma paltarın fonunda üzün və dərinin solğum görünməməsi üçün haylayterin köməyi ilə parlaqlıq əlavə etmək olar. Ayaqqabı seçimində alçaq dabanlı modellərə üstünlük verin ki, bütün gecə rəqs edə biləsiniz.

Uğur rəngi: Boz

Parıltılı boz rəng Yeni İldə möcüzələrə inanmaq istəyənlərin qəlbini fəth edəcək. Belə paltar seçib ən çılğın diləklər tutun, onlar mütləq gerçəkləşək.

Aksessuarlar və ayaqqabı

Qar dənəcikləri formasında sırğa taxsanız, obraz daha nağılvari alınacaq. Ayaqqabılar parıltılı ola bilər. Qırmızı və ya şərab rəngli dodaq boyası bozun boğuq təsirini yox edəcək.

Uğur rəngi: Qırmızı

Qırmızı Yeni ildə öz yarını, ruh əkizini tapmağı və ailə qurmağı arzulayan hər kəsin seçimi olmalıdır.

Aksesuarlar və ayaqqabı

Parlaq paltara incə bəzək əşyaları və kontrans zinət əşyaları seçmək daha yaxşıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm