Məşhurlar Kann Festivalında göz qamaşdırdı - FOTO
Bizi izləyin

Dəb

Məşhurlar Kann Festivalında göz qamaşdırdı - FOTO

Kann Kino Festivalı yalnız film nümayişləri ilə deyil, həm də təntənəli ziyafətləri ilə məşhurdur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Kannda "Fashion For Relief" xeyriyyə nümayişi keçirilib. Dəfilədə moda dünyasının veteranları, eləcə də onların daha gənc həmkarları iştirak edib.

Naomi Kempbell (o, bu şounun təşkilatçılarından biri olub) açıq və zərif geyimlərdə qonaqlar önünə çıxaraq parlaq dəstlərini nümayiş etdirib. Natalya Vodyanova, Nataşa Poli, Bella Hadid, Vinni Harlou və fashion sənayesinin digər ulduzları təntənəli şounun əsas qəhrəmanları olub.

Pro: The Empire actress - who has worked in the industry at the age of 15 - lead the glamour as models-of-the-moment Bella, 21, and Winnie, 23, followed suit

Məşhur modellər və kino aktrisaları daha sonra dəbdəbəli libaslarda qırmızı xalçaya çıxaraq bütün baxışları öz üzərinə çəkməyə nail olub.

Natalya Vodyanova gecə üçün “Jean-Louis Sabaji Couture”dən zərif qızılı uzun paltar və iri aksessuarlar seçib. Onun qoluna taxdığı iri qolbaq obrazın əsas tamamlayıcısı olub.

Naomi Kempbell “Elie Saab”dan strazlarla işləməli və döşəməyə qədər uzanan ağ paltar geyinib.

Sara Sampayo isə “Roberto Cavalli”dən yarımşəffaf, ayağında dərin yarığı olan seksual paltar seçib.

Bella Hadid isə biserli, qarnı açıq qara libası ilə göz qamaşdırıb.

Tədbirə Fransanın keçmiş prezidenti Nİkola Sarkozinin həyat yoldaşı Karla Bruni də təşrif buyurub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm