Həftənin ən dəbli xanımı – FOTOLAR
Bizi izləyin

Dəb

Həftənin ən dəbli xanımı – FOTOLAR

Müğənni Cennifer Lopez yeni obrazını nümayiş etdirib.

Cennifer Lopes istənilən paltarda sarsıdıcı görünür. O, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun keçirdiyi dəb şousuna “Versace” moda evinə aid olan şəffaf ziyafət libasında gəlmişdi. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni iki gün sonra isə “American Idol” şousuna cəmi 149 funt dəyərində olan paltarda gəlib. Cey Lo ənənəvi fasona sadiq qalaraq qısa, dar və iplə bağlanan açıq çəhrayı don seçib.

Cazibədar müğənnin seçdiyi ayaqqabılar sevimli markası “Casadei”-dəndir.

Cennifer son zamanlar dəbdə olan yarıtoplanmış toppuz modelinə üstünlük verib. Təbii çalarlarda edilən makiyaj 45 yaşlı ulduzu qüsursuz göstərir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm