Göy və mavi ilə rəqs edən paltarlar – FOTOLAR
Bizi izləyin

Dəb

Göy və mavi ilə rəqs edən paltarlar – FOTOLAR

Bu mövsüm modapərəstləri dənizin dərinliklərinə səyahət gözləyir. Publika.az xəbər verir ki, yay ruhunu əks etdirən mavinin və göyün hər tonu aktualdır.

Mavinin çalarları elə olmalıdır ki, o, indicə sanki ağa çevriləcək. Əslində, mavinin açıq çalarları əzəmətli ağın alternativi kimi təklif olunur. Ona görə də mavi paltarları istənilən rənglə uyğunlaşdırmaq sizə baha başa gəlməyəcək.

Sakitləşdirici təsirə malik olan təmiz səma rənginin müxtəlif çalarları həm geyimlərdə, həm çanta və ayaqqabılarda, həm də aksessuarlarda istifadə olunub.

Mağazalarda kəskin göyün də müxtəlif çalarlarına rast gələcəksiniz.

Dənizin dərinlikləri

Mavi Tesettür Kombinleri

Kombinin detalları:

Ətək: “Vionnet”

Köynək: “Mango”

Şərf: “Hermes”

Çanta: “Clare Vivier”

Ayaqqabı: “A N I T A”

Dənizin dərinliklərini əks etdirən mavi bu yay yenə gündəmdədir. Göyün klassik rəngi bu dəfə daha kəskin tonlarda qarşımıza çıxır. Dənizin dərinliklərini əks etdirən mavi rəng xüsusi dəvətlər üçün mükəmməl seçimdir. Onu qüsursuz ağla uyğunlaşdırmağı tövsiyə edirik.

Mavi ilə neon rənglərin toqquşması

Mavi Tesettür Kombinleri

Kombinin detalları:

Ətək: “Preen by Thornton Bregazzi”

Köynək: “Zara”

Şərf: “L.K. Bennett”

Çanta: “Bulgari”

Ayaqqabı: “Christian Louboutin”

Mavi ilə hansı rəng uyğundur desək, ağla əlbəttə, ilk olaraq ağ gəlir. Amma dizaynerlər bu yay kəskin göy ilə yumşaq ağ rənglərdən ibarət olan dəstləri neon rənglərlə canlandırmağı məsləhət görürlər.

Soyuq mavi ilə sakit yay

Mavi Tesettür Kombinleri

Kombinin detalları:

Ətək: “Tibi”

Köynək: “Acne”

Çanta: “Givenchy”

Ayaqqabı: “Topshop”

Sulu boya effekti də bu yazın ən çox diqqətçəkən dəb tendensiyalarından biridir. Rəng keçidlərinin olduğu bir geyimə sahib olmağınızı şiddətlə tövsiyə edirik. Əmin olun ki, bu, qarderobunuz üçün ağıllı investisiya olacaq.

Mərcan ilə tünd göyün vəhdəti

Mavi Tesettür Kombinleri

Kombinin detalları:

Ətək: “DOSA”

Köynək: “Jigsaw”

Şərf: “Michael Stars”

Çanta: “Ralf Lauren”

Ayaqqabı: “Christian Louboutin”

Mərcan ilə tünd göyün vəhdəti yay enerjisini daha da artırır.

Dalğaların rəqsi

Canlı Renkte Tesettür Kombinler

Kombinin detalları:

Ətək: “Cohn Lewis”

Köynək: “UNIQLO”

Çanta: “Jimmi Choo”

Şərf: “RVCA”

Ayaqqabı: “Joshua Sanders”

Ətəyin üzərində dəniz dalğaları sanki rəqs edir. Onu mavinin digər çalarları ilə birləşdirdikdə dəst daha effektli görünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm