Küçə dəbinin diktə etdiyi saçaqlı ətəklər – FOTOLAR
Bizi izləyin

Dəb

Küçə dəbinin diktə etdiyi saçaqlı ətəklər – FOTOLAR

Bu yay heç bir xanım çılğın olmaqdan çəkinməməlidir. Çünki dəb qeyri-adi stilə müraciət etməyi diktə edir. Göz önündə olmaq, stilinizlə hər kəsi valeh etmək istəyirsinizsə, dərhal qarderobunuza saçaqlı ətəkləri daxil edin. Bu ətəkləri müxtəlif geyimlərlə kombinə edə bilərsiniz. Saçaqlı ətəklərin ən böyük üstünlüyü rahatlığınızı pozmadan şıq görünməyinizi təmin etməsidir.

İddialı görünmək istəyirsinizsə, mavi, qırmızı, yaşıl rənglərdə olan ətəklərə müraciət edin. Ancaq düz, sadə kofta və ya köynəklə geyinəcəksinizsə, qara rəng daha uyğun seçimdir. Hündürdaban, ipli səndəllər saçaqlı ətəklərlə çox gözəl görünür. İdman üslubunu sevənlər sniker də geyinə bilərlər.

Dəb mütəxəssisləri bu il həddən artıq dəbdəbəli görünməyi xoşlayan qadınlara əsl azadlıq veriblər. Ona görə də istəsəniz, ətəyinizi eynilə özü kimi saçaqlı çanta və ya başqa bir aksessuar ilə tamamlaya bilərsiniz.

Publika.az saçaqlı ətək kombinlərini təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm