Çimərlik aksessuarları - FOTOLAR
Bizi izləyin

Dəb

Çimərlik aksessuarları - FOTOLAR

Dəniz sahilində dəbli görünməyin öz qaydaları var. Dəniz mövsümü açıldığına görə, yəqin ki, çoxlarına hansı aksessuarların dəbdə olacağı maraqlıdır. Publika.az çimərlik dəbinə aid olan aksessuarların siyahısını təqdim edir:

Rəngbərəng eynəklər: Belə qoruyucu eynəklər şəhərdə yersiz ola bilər, amma çimərlikdə çox dəbli görünürlər.

Rəngli həsirdən tikilən çantalar: Bu yüngül çantalar həm qızmar küçələrdə gəzinti, həm də çimərlik üçün çox əlverişlidir.

Böyük parça çantalar: Çimərliyə gedərkən dəri çantalar götürsəniz, gülünc vəziyyətə düşə bilərsiniz. Ona görə də dəri çantaları, böyük parça çantalarla əvəzləyin. Qoruyucu krem, dəsmal, bir şüşə su bu çantaların içinə rahat yerləşəcək və sizə əlavə əziyyət verməyəcək.

Yaylıq: Saçları günəşin yandıcırı şüalarından qorumaq üçün çimərliyə gedəndə çantanıza yaylıq da qoyun.

Bel çantası: Şort, mayka, qladiator səndəlləri və bel çantası çimərlik və ya dəniz kənarında yürüş üçün ideal obraz yaradacaq.

Günəşdən qoruyan həsir şlyapalar: Uzun romantik ətəklə həsir şlyapaları birləşdirdikdə çox qadınsayağı görünürlər.

Taxta qolbaqlar: Dənizdə metal aksessuar taxmaq onları korlamaq deməkdir. Çünki su onların rənginin solğunlaşmasına, gümüşlərin qaralmasına səbəb olur. Ona görə dənizə getməzdən əvvəl metal əşyalarınızı evdə qoyun. Onun yerinə qızıl və taxta aksessuarlar seçin. Onlar yay obrazını şənləndirir, geyimə rəng qatır.

Sırğa: Suda rənginin dəyişməyəcəyindən əminsinizsə, bir cüt parıltılı sırğa taxın. Dizaynerlər çimərik mövsümü üçün rezin sırğalar da təklif edirlər.

Boyunbağı və kulonlar: İri muncuqlu boyunbağılar, balıqqulağından hazırlanmış kulonlar çimərlik obrazının əsas atributlarıdır.

Balero: Çimərlik aksessuarları arasında balero da var. Cəlbedici obraz yaratmaq üçün özünüzlə mütləq balero da aparın.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm