Məşhur moda evinin romantik kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

Məşhur moda evinin romantik kolleksiyası - FOTOLAR

Məşhur moda evi “Givenchy”-nin italyan dizayneri Rikardo Tişi işlədiyi on il ərzində drapirovka mədəniyyətinin incəliklərini mükəmməl şəkildə mənimsəyib.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, dizayner 10 illiyi münasibəti ilə hazırladığı kruiz kolleksiyasında bu sahədəki istedad və bacarıqlarını bir daha təsdiq edir. O, səliqəli büzmələri qarderobun bütün elementlərinə daxil edib. Kolleksiyadakı ətəklərin mürəkkəb biçimləri və simmetrik düzgünlüyü xüsusilə seçilirlər.

“Givenchy” onilliyi münasibəti ilə təqdim etdiyi kruiz kolleksiyasında bir qədər öz kökünə və köhnə dərzilik elementlərinə qayıdıb. Kolleksiyada denim (cins) parçaların peyda olması gözlənilməz detal olub. Daha bir yaddaqalan detal isə bəbir naxışlarıdır. Ümumilikdə ənənəvi romantik, qadın və kişi tərzinin vəhdəti çox təsirli görünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm