Viktoriya Bekhem yeni kolleksiyasını təqdim etdi - FOTOLAR
Bizi izləyin

Dəb

Viktoriya Bekhem yeni kolleksiyasını təqdim etdi - FOTOLAR

Modelyer Viktoriya Bekhem bir ay əvvəl elan etmişdi ki, “Victoria Beckham Denim” ilə “Victoria Victoria Beckham” geyim xətti birləşəcək. Axır ki, o gün gəldi. Publika.az xəbər verir ki, modelyerin 2016 yaz-yay kolleksiyasından ilk obrazlar dərc olunub.

Viktoriya Bekhem yeni kolleksiyasında ziddiyyətli rənglərdən məharətlə istifadə edib. Kolleksiya yay əhval-ruhiyyəsinə uyğun olaraq gül-çiçək naxışları ilə zəngindir.

Bekhem özü isə yeni kolleksiya haqqında deyir: ““Victoria Victoria Beckham” mənim qarderobumun digər tərəfini əks etdirir, o daha qeyri-formaldır. Onun yaradılması zamanı mən detallara xüsusi diqqət ayırmışam. Belə ki, parlaqlığa və təzada baxmayaraq, obrazların gündəlik yay qarderobuna uyğun olduğuna şübhə etmirəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm