İtalyan moda evi modapərəstləri belə sevindirdi - FOTOLAR
Bizi izləyin

Dəb

İtalyan moda evi modapərəstləri belə sevindirdi - FOTOLAR

“Dolce & Gabbana” brendi payız-qış kolleksiyasının reklam kampaniyasını təqdim edib. Publika.az xəbər verir ki, reklam kampaniyası dizaynerlərin sevimli mövzusuna - böyük italyan ailəsinə həsr olunub.

Reklam kampaniyasında tanınmış aktrisa Monika Beluççi də çəkilib. O, çiçək naxışları ilə bəzədilmiş zərif paltarlar nümayiş etdirib. Kampaniyanın kadrlarında Vittoriyu Çeretti, Eşli Qud, Oqla Serova, Temi Uillyams bir çox digər modellər də daxil olmaqla kiçik yaşlı uşaqları da görmək olar.

Kampaniyanın kreativ direktoru kimi yenidən Stefano Qabanna çıxış edib, fotoaparat isə Domeniko Dolçedə olub. Modelyerlərin istəyinə görə, ailə üzvləri bir-biri ilə qarşılıqlı mehriban və şən pozalar veriblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm