ABŞ-da ilk ateizm muzeyi açılacaq
Bizi izləyin

Dünya

ABŞ-da ilk ateizm muzeyi açılacaq

Bekon Birləşmiş Kilsəsi ABŞ-da ilk ateizm muzeyini açmağa hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilatın press-relizində deyilir.

Təşkilat daha sonra muzey əsasında Milli Ateizm Mərkəzini yaratmağı planlaşdırır. Bekonun Birləşmiş Kilsəsi muzeyin açılışı ilə təşkilatın mənfi obrazını dəyişdirməyə çalışır. Təşkilatın üzvləri hesab edirlər ki, ABŞ-da ateistlərin hüquqları pozulur. Onların sözlərinə görə, söhbət xüsusi halda kilsənin tərəfdarlarından gedir. Onların müxtəlif din xadimlər tərəfindən əsassız tənqidə məruz qaldığı deyilir.

Muzeyin açılma tarixi hazırda məlum deyil.

Bekonun Birləşmiş Kilsəsi 2010-cu ildə ABŞ-da yaradılıb. “United Airlines” şirkətinin pilotu Con Uaytsayd onun banisi, ideoloqu isə televiziya aparıcısı Pen Jillet hesab edilir. Xeyriyyəçilik və ateistlərin hüquq bərabərliyinin tanınması təşkilatın prioritetləri arasındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm