
İspaniyanın İqualada şəhərində (Barselona, Katalonya) Avropa hava şarları festivalında şarın yerə düşməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, şar enmə zamanı yerə düşüb. Yaralanan 6 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralananlar xəstəxanalara çatdırılıb.