“Əsrin sazişi”nin şərtləri məlum oldu - DETALLAR
Bizi izləyin

Dünya

“Əsrin sazişi”nin şərtləri məlum oldu - DETALLAR

İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) arasında sazişin şərtləri də məlum olub.

Publika.az-ın xarici mediaya istinadən məlumatına görə, İran və “altılıq” arasındakı saziş üzrə BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsi 10 il qüvvədə olacaq. Sanksiyaların ləğvi haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsi bir ay ərzində qəbul edilə bilər. Sazişin özü isə qətnamənin qəbulundan 90 gün sonra qüvvəyə minəcək.

İran və “altılıq” razılaşmanın icrasının monitorinqi üçün iki ildə bir dəfə görüşəcəklər. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini İranın nüvə proqramının ətrafında mübahisələrin həlli üzrə komissiyanın işini əlaqələndirəcək. Danışıqlarının bütün iştirakçıları, Avropa Birliyi də daxil olmaqla komissiyada səsə malik olacaqlar.

Tərəflər sazişin yerinə yetirilməyəcəyi halda BMT-nin sanksiyalarının 65 gün müddətinə yenilənməsi barədə razılaşıblar.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və İran nüvə proqramının mümkün hərbi ölçülərinə aid problemlərin həlli üzrə “Yol xəritəsi”ni imzalayıblar. İranın nüvə sferasında elmi araşdırmalara tətbiq olunacaq məhdudiyyətlər 8 il saxlanılacaq. İran 15 il müddətində uranın 3,67 faizdən yuxarı zənginləşdirməməyə razılaşıb. İranın Ərak şəhərindəki ağır su nüvə reaktorunun iş prinsipləri beynəlxalq konsorsium tərəfindən müəyyən edəcək.

İran 15 oktyabr tarixinə kimi MAQATE ilə dialoqda mümkün hərbi məsələləri aydınlaşdırmağı öhdəsinə götürür.

Avropa Birliyi İran və “altılıq” arasında razılıqların icrasının MAQATE tərəfindən təsdiq edilməsindən sonra bütün iqtisadi məhdudiyyətləri ləğv edəcək. “Reuters” agentliyinin məlumatına görə, tərəflər razılaşıb ki, İrana silah çatdırılması üzrə BMT-nin embarqoları 5, raketlər və texnologiyaların çatdırılması üzrə embarqolar isə səkkiz il ərzində qüvvədə qalacaq.

İran və “altılıq” İranla iqtisadi əməkdaşlığı aktivləşdirməyə və İranın xarici ticarət, həmçinin maliyyə bazarları və texnologiyalara girişini təmin etməyə razılaşıb.

Sazişə görə, BMT-nin inspektorları İranda bütün şübhəli obyektlərə daxil olmaq hüququna malik olacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm