Cinayətkarlığa qarşı əməliyyat 14 nəfərin həyatına son qoyub
Bizi izləyin

Dünya

Cinayətkarlığa qarşı əməliyyat 14 nəfərin həyatına son qoyub

Venesuelanın paytaxtı Karakasda cinayətkarlara qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində ən azı 14 nəfər həlak olub, 134 nəfər isə polis orqanları tərəfindən saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Qustavo Qonsales məlumat verib.

“Xalqın azad edilməsi” kodu adı daşıyan əməliyyat Karakasın qərbindəki San-Migel rayonunda aparılıb. Əməliyyat nəticəsində cinayətkarlardan 14 nəfər öldürülüb, daha bir nəfər isə yaralanıb.

Əməliyyatda yüzə qədər Milli Qvardiya əməkdaşı və polis iştirak edib, zirehli maşınlar və helikopterlər cəlb olunub. Saxlanılan cinayətkarların arasında 32 xarici ölkə vətəndaşının da olduğu bildirilir.

Rəsmi məlumata görə, 2013-cü ildə Venesuelada hər 100 min nəfərə 39 qətl hadisəsi qeydə alınıb. BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin məlumatına görə isə ölkədə hər 100 min nəfərə düşən qətl hadisəsinin sayı 53,7-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm