Ərdoğan Kılıçdaroğlu ilə koalisiyaya gedir?
Bizi izləyin

Dünya

Ərdoğan Kılıçdaroğlu ilə koalisiyaya gedir?


AKP və CHP arasındakı koalision hökumətin qurulması haqda aparılan müzakirələrdə iştirak edən CHP-li millət vəkili Akif Hamzaçebi birinci turda olanların pərdəarxasını açıqlayıb.

Publika.az xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlunun tapşırığı ilə müzakirələrdə iştirak edən A. Hamzaçebi AKP və CHP-nin ortaq mövqeyə gəldiyini deyib: “Bu məsuliyyəti hər iki partiya hiss edir. Yeni hökumət qurmaq təbii ki, asan deyil. Xüsusilə inam problemini aradan qaldırmaq lazımdır. Bu problemi aradan qaldırmaq üçün CHP-dən Haluk Koç, AKP-dən isə Ömer Çelik birgə işləyirlər. Bu fəaliyyətin ardından bayramdan sonra hər iki partiya bir daha görüşəcək”.

A. Hamzaçebi qurulan koalision hökumətin 4 illik olmasında fikir birliyinin olduğunu da deyib. Onun sözlərinə görə, hər iki tərəf bir, ya iki illik hökumətin qurulması və daha sonra seçkiyə gedilməsinin Türkiyəyə ziyan olduğunu bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm