ŞOK: İŞİD Avropanın mərkəzində baza qurub
Bizi izləyin

Dünya

ŞOK: İŞİD Avropanın mərkəzində baza qurub

Bosniya və Herseqovinanın bir kəndi yaxınlığında ərazi alan İŞİD terror qruplaşması buradan Qərbə qarşı hücumlar üçün baza kimi istifadə edə bilər.

Publika.az xəbər verir ki, bu iddia ilə İngiltərənin “Sunday Mirror” nəşri çıxış edib.

Nəşrin iddiasına görə, geniş meşələrlə əhatə olunan Osve kəndində indiyə qədər 12 terrorçu təlim alıb və döyüşmək üçün Suriyaya gedib. Bu kəndin çoxlu sayda sakininin Suriyaya getdiyini və axının hələ də davam etdiyini söyləyən terror mütəxəssisi Dzevaz Qalijasevic İŞİD-in seçdiyi yerin əlçatmaz bir təpədə yerləşdiyini bildirib.

Adının gizli qalmasını istəyən bir kəndli ingilis jurnalistlə söhbətində meşədən nizamlı şəkildə silah səslərinin eşidildiyini söyləyib.

“Sunday Mirror” nəşri 1990-cı illərdə müharibə gedən Bosniya və Herseqovinada silah və sursat təchizatının digər Avropa ölkələri ilə müqayisədə daha asan olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri may ayında İŞİD terror qruplaşmasının Kosovo və Bosniya və Herseqovinanın bəzi bölgələrindəki hərəkətlərindən narahatlığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm