Türkiyədə terror aktı törədən kamikadzenin kimliyi bəlli oldu – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyədə terror aktı törədən kamikadzenin kimliyi bəlli oldu – FOTOLAR

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ötən gün Şanlıurfa vilayətindəki Mədəniyyət Mərkəzində terror aktı törədən və 31 nəfərin ölümünə səbəb olan kamikadzenin kimliyini araşdırır.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ilkin olaraq 3 nəfər şübhəli şəxs qismində araşdırılır. Artıq onların kimliyi də müəyyənləşib. Şübhəlilər Fadime Kurt, Özlem Yılmaz və Nuray Demirel adlı İŞİD üzvləridir. Şübhəlilər arasında daha çox Özlem Yılmazın adı MİT-in diqqət mərkəzinə gəlib. Böyük ehtimala görə, ötən gün terror aktını törədən 18 yaşlı qadın məhz Özlem Yılmaz olub. Terrorçu bədəninə bomba bağlayaraq, özü ilə bir yerdə onlarla insanı partladıb.

Artıq Özlem Yılmazın fotoları da üzə çıxıb.

Qeyd edək ki, MİT-in digər bir versiyasına görə, terror törədən şəxs qadın paltarı geyinən kişi də ola bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm