Terror törədilən ərazidə mitinq qadağan olundu
Bizi izləyin

Dünya

Terror törədilən ərazidə mitinq qadağan olundu

Ötən gün 32 nəfərin həyatını itirdiyi terror aktından sonra Türkiyənin Şanlıurfa vilayətində keçirilməsi nəzərdə tutulan kütləvi tədbirlər, yürüş, mitinq, aksiya və mətbuat konfransları təxirə salınıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Şanlıurfa Ərazi Nümayəndəliyi bununla bağlı qərar qəbul edib.

Qərara görə, bundan sonra Şanlıurfa vilayətində hər hansı kütləvi tədbirlər, yürüş, mitinq, aksiya və mətbuat konfransların keçirilməsi qadağandır.

Qərar bu gündən etibarən qüvvəyə minib. Qərar təhlükəsizliyin təmin olunması məqsədilə atılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm