Bu kənddə hamı böyrəyini satır - FOTOLAR
Bizi izləyin

Dünya

Bu kənddə hamı böyrəyini satır - FOTOLAR

Nepalın Hokse kənd sakinləri o qədər kasıbdırlar ki, yaşamaq üçün böyrəklərini satışa çıxarırlar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən kəndin sakinləri demək olar hamısı böyrəyini satdığı üçün buraya “Böyrək Kəndi” adı qoyulub.

Orqan alıcıları kəndə səyahət edərək sağlam böyrəyə malik olan sakinləri tapır və şirnikləndirməyə başlayırlar. Ona görə də, kasıb kənd əhli böyrək əməliyyatı keçirmək üçün Cənubi Hindistana göndərilir. Orqan alıcıları müxtəlif səbəblər uyduraraq əfəl kənd əhlini aldadırlar. Məsələn, onların sözlərinə görə, ölüm ayağında bir insan var və ona təcili böyrək köçürülməlidir. Böyrək köçürüldükdən sonra onun yerində yenisi böyüyəcək. Gita adlı 4 uşaq anası da bu yalana uyaraq 2000 dollara böyrəyindən məhrum olub.

Gita deyib: “On ildir ki, kəndimizə gələrək böyrəyimizi onlara satmağa inandırırlar. Lakin mən hər dəfə imtina edərdim. Bununla belə ailə üzvləri getdikcə artırdı və onların yaşamı üçün maddi ehtiyac duyulurdu. Həmişə öz evimin, həyətimin və çoxlu uşaqlarımın olmasını istəmişəm”.

Ona görə də, Gita əməliyyat üçün Hindistana orqan alverçisinin yanına gedib.

Əməliyyat saat yarım çəksə də, Gita xəstəxanada düz 3 həftə qalmalı olub. O deyib: “Böyrəyin əvəzində mənə 200 min Nepal rupisi ödədilər. Kəndimə qayıdıb ev və torpaq aldım”.

Bədbədxtçilikdən, Gitanın böyrəyinin hesabına aldığı evi aprelin 25-də baş verən zəlzələ dağıdıb. Təbii fəlakət bir çox kənd sakinlərini evsiz-eşiysiz qoyub. Nəticədə, sakinlər içkiyə qurşanmağa başlayıblar. Bu isə, orqan alverçiləri üçün əlverişli şərait yaradıb və “böyrək bankına” çevirdikləri ölkəyə daha tez-tez mwraciət edirlər və hər il 7 min böyrək satırlar.

Bununla belə, orqan alverçilərinin bəziləri sakinləri oğurlayaraq bıçaq altına uzanmağa vadar edirlər. Və ya qara bazarın işçiləri sakinləri başqa xəstəlik adı ilə bıçaq altına uzandıraraq, özlərinin də xəbəri olmadan böyrəklərini çıxarırlar. Ən pisi isə bəzi sakinlər böyrəyə görə qətlə yetirilir. Əldə edilmiş orqanlar donor sahibinə verilmiş puldan 6 dəfə baha qiymətə daha imkanlı səxslərə satılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm