“Financial Times”a 1,3 milyard dollara alıcı tapıldı
Bizi izləyin

Dünya

“Financial Times”a 1,3 milyard dollara alıcı tapıldı

Böyük Britaniyanın “Pearson Financial Times Group Inc Pearson” şirkəti “Financial Times” qəzetini satır.

Publika.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, şirkət Yaponiyanın “Nikkei” media holdinqi ilə razılaşıb.

“Nikkei” “Financial Times” üçün1,32 milyard dollar ödəyəcək.

Daha əvvəl bildirilirdi ki, “Financial Times”in alınması üçün “Pearson” şirkəti ilə Almaniyanın “Axel Springer” və Yaponiyanın “Nikkei” media holdinqləri danışıqlar aparır. Həmçinin alman şirkətinin razılaşmaya daha yaxın olduğu bildirilirdi.

Nəşrin potensial alıcıları arasında “Bloomberg” və “Thomson Reuters” media holdinqlərinin də adı çəkilirdi.

Qeyd edək ki, “Financial Times” 1888-ci ildə əsası qoyulan işgüzar qəzetdir. Qəzet ingilis dilində dünyanın 20 şəhərində dərc olunur. Nəşrin 720 min abunəçisi var və onların əksəriyyəti elektron abunədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm