Türkiyə İŞİD-lə müharibəyə başladı: F-16-lar bombaladı
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-lə müharibəyə başladı: F-16-lar bombaladı

Türkiyə Silahlı Qüvvələrinə məxsus 4 ədəd F-16 döyüş təyyarəsi gecə saatlarında Suriya ilə sərhəd boyunca İŞİD-in mövqelərini bombalayıb.

Publika.az xəbər verir ki, təyyarələr 5 dəqiqə fərqlə Kilisin Seve kəndi ilə sərhəd olan Suriyanın Havalar kəndi yaxınlığındakı İŞİD mövqelərinə ağır zərbələr vurub.

“Şəhid Yalçın hərəkatı” adlanan əməliyyata dünən təhlükəsizlik şurasının toplantısında qərar verilib.

Əməliyyatın detalları haqda yayılan məlumata görə, F-16-lar gecə saat 03:12-də havaya uçub. Suriya torpaqlarındakı İŞİD-in üç mövqeyi əsas hədəf seçilib.

Təyyarələr 1 saat 12 dəqiqəyə əməliyyatı yerinə yetirərək geri dönüb. Türkiyə əməliyyatla bağlı müttəfiqlərinə məlumat verib. Türk döyüş təyyarələri Suriyanın hava məkanını pozmadan hədəfi vurublar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm