Əsəd fərarilər üçün amnistiya elan etdi
Bizi izləyin

Dünya

Əsəd fərarilər üçün amnistiya elan etdi

Suriya prezidenti Bəşər Əsəd ordudan fərarilik edən vətəndaşları üçün amnistiya elan edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, amnistiya minlərlə insan üçün nəzərdə tutulub.

Dövlət başçısının imzaladığı sənəddə qeyd edilir ki, amnistiya həm ölkə daxilində olan, həm də xaricə qaçan suriyalılara aiddir. Amnistiyanın müddəti məhduddur. Orduya çağırışdan yayınanlar iki, ordudan qaçanlar isə bir ay müddətində amnistiyadan yararlana bilərlər.

Livanın “Daily Star” qəzeti öz saytında yazıb ki, müharibə dövründə minlərlə Suriya vətəndaşı orduya çağırışdan yayınıb, yaxud da ordudan qaçıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm