Təcili yardım maşını gülləbaran edildi
Bizi izləyin

Dünya

Təcili yardım maşını gülləbaran edildi

Türkiyədə bomba həyəcanları, PKK-nın hücumları və qarmaqarışıqlıq səngimək bilmir.

Publika.az xəbər verir ki, bu gün günorta saatlarında Mardin vilayətinin Nusaybin qəsəbəsində dövlət xəstəxanasının həyətində saxlanılan təcili tibbi yardım maşını kimliyi bilinməyən şəxslər tərəfindən güllə yağışına tutulub. Polis məsələ ilə bağlı araşdırmalara başlayıb.

Avtomobilin yararsız hala gəlməsi nəticəsində xəstəxana çağırış olacağı təqdirdə təcili tibbi yardıma gedə bilməyəcək.

Digər tərəfdən, İzmirdə Konak meydanındakı saat qülləsində bomba olduğu xəbəri yayılıb. Hadisə yerinə gələn polis hazırda araşdırmalar aparır.

Ərzurumun Karayazı bölgəsində polis idarəsinin qarşısındakı növbətçi qüvvələri PKK tərəfindən güllə-boran edilib.

Vanda isə hökumətə məxsus mehmanxanaya silahlı hücum olub. Silahlı qarşıdurmaya gedən PKK iki polis əməkdaşını yaralayıb.

Hakkarinin Şemdinli və Yüksekova qəsəbələrində hərbi hissələrə də PKK-nın silahlı hücumu olub. Lakin ölən və yaralanan yoxdur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm