Krım "Müstəqillik haqqında bəyannamə”ni qəbul etdi
Bizi izləyin

Dünya

Krım "Müstəqillik haqqında bəyannamə”ni qəbul etdi

Krım "Müstəqillik haqqında bəyannamə”ni qəbul etdi

Krım Ali Radası (parlament) “Müstəqillik haqqında bəyannamə”ni qəbul edib.Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, sənədin lehinə parlamentin 100 deputatından 78-i səs verib.

Sənəddə beynəlxalq məhkəmənin Kosovanın müstəqilliyi ilə bağlı 22 İyul 2010-cu ildə qəbul etdiyi qərar xatırlanır və bildirilir ki, Krım parlamentinin qəbul etdiyi qərar beynəlxalq hüququn hər hansı normalarını pozmur.

"Müstəqillik haqqında bəyannamə"də daha sonra deyilir:

1.Krımın xalqlarının birbaşa iradəsinə uyğun olaraq 16 Mart 2014-cü il tarixində Sevastopol da daxil olmaqda Krım Muxtar Respublikası Rusiya tərkibinə qatılacaq, yaxud da müstəqil və suveren dövlət elan ediləcək.

2. Krım respublikası demokratik, dünyəvi və çoxmillətli dövlət olacaq.

3. Referendumun müvafiq nəticələrinə uyğun olaraq Krım respublikası Rusiya Federasiyasının tərkibinə daxil olması təklifi ilə Rusiya Federasiyasına müraciət edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm