Murat Karayılanın qərargahı bombalandı
Bizi izləyin

Dünya

Murat Karayılanın qərargahı bombalandı

Türkiyə hərbi təyyarələrinin PKK-ya qarşı əməliyyatlar nəticəsində terror təşkilatının Kandil bölgəsindəki liderlərindən olan Murat Karayılanın da qərargahının bombalandığı xəbəri yayılıb.

Publika.az xəbər verir ki, ilk əməliyyat zamanı təyyarələr Zap, Garüe, Metina, Haftanin, Avaşin, Kandil və ətrafgdakı hədəfləri vurub.

Daha sonra Cudi, Gabar Fağındakı hədəflər məhv edilib. M. Karayılanın qərargahı da vurulan hədəflər arasındadır. Lakin həmin vaxt onun qərargahda olmadığı deyilir.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumatlarda M. Karayılanın əməliyyatlar zamanı öldürüldüyü deyilirdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm