Putin istəyinə çatdı: Paris 1,16 milyard avro təzminat ödəyəcək
Bizi izləyin

Dünya

Putin istəyinə çatdı: Paris 1,16 milyard avro təzminat ödəyəcək

"Mistral" tipli vertolyot daşıyıcı gəmilərin Rusiyaya çatdırılması üzrə müqavilənin şərtlərini yerinə yetirməyən Fransa 1,16 milyard avro təzminat ödəyəcək.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbələr bildirib.

Nəşrin məlumatına görə, təzminatın məbləği ilə bağlı razılaşma Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini Dmitri Roqozin və Fransanın milli təhlükəsizlik üzrə birinci katibi arasındakı danışıqların gedişatında əldə edilib. Paris Moskvaya 784,6 milyon avro ödəməyə razı idi, halbuki Moskva 1,16 milyard avronun qaytarılmasında təkid edirdi.

“Kommersant”ın yazdığına görə, Fransa Rusiyanın tələb etdiyi məbləği tamamilə ödəməyə razılaşıb.

2011-ci ilin iyununda bağlanmış müqavilənin şərtlərinə əsasən, Fransa Rusiyaya iki “Mistral” tipli gəmi çatdırmalı idi. Müqavilənin ümumi dəyəri 1,2 milyard avro idi. "Vladivostok”un 2014-cü il noyabr, “Sevastopol”un isə 2015-ci il noyabr ayında çatdırılması nəzərdə tutulsa da, Ukrayna hadisələri və Krımın Rusiyaya birləşdirilməsindən sonra Paris müqavilənin icrasından imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm