Qəddafinin oğlunun təhqir edilməsi araşdırılır
Bizi izləyin

Dünya

Qəddafinin oğlunun təhqir edilməsi araşdırılır

Keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu və digər məhbusların həbsxanada təhqir olunmalarını göstərən video ilə bağlı araşdırma aparılır.

Publika.az xəbər verir ki, həmin videoda nəzarətçilərin Saadi Qəddafini bağırana qədər döydükləri, onun dabanına zərbələr endirdikləri əks olunub.

Tripolidə dövlət prokuroru bildirib ki, mühafizəçinin müəyyən edilməsi və ona qarşı müvafiq ölcülərin götürülməsi istiqamətində iş aparılır.

İnsan hüquqları fəalları ClearNews saytında dərc olunmuş videoda məhbuslarla davranış tərzini kəskin sürətdə pisləyiblər.

Saadi Gaddafi paytaxt Tripolidə ötən ildən həbsdə saxlanılır. O, Liviyaya Niger tərəfindən ekstradisiya olunmuşdu.

Qəddafinin digər oğlu, Saif əl-İslama ötən həftə Tripoli məhkəməsi qiyabi sürətdə ölüm hökmü çıxarıb.

Saif əl-İslam Zintan şəhərində keçmiş üsyançı dəstə tərəfindən saxlanılır, onlar Qəddafinin oğlunu Tripoli rəsmilərinə təhvil verməkdən imtina edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm