İranın Yaxın Şərqdəki “qılıncı”nın Putinlə gizli görüşü
Bizi izləyin

Dünya

İranın Yaxın Şərqdəki “qılıncı”nın Putinlə gizli görüşü

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymani Moskvaya səfər edib.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Qərb kəşfiyyat mənbələrinə istinadən bildirib.

Səfərin iyulun 24-də edildiyi deyilir. Məlumata görə, Süleymani Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla ölkənin yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparıb. İstisna edilmir ki, iranlı general Putinin irəli sürdüyü İŞİD-lə mübarizə planını müzakirə edib.

“Fox News” xatırladır ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə iranlı generala İranı tərk etmək qadağan olunub. Kasım Suleymani İranın nüvə və raket proqramlarının hazırlamasında iştirakda ittiham olunur və 15 nəfərlik “qara siyahı”da yer alır. “Fox News” qeyd edir ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, qurumun məhdudiyyəti haqqında bilməlidir.

“NEWSru Israel” isə xatırladır ki, Vaşinqton iranlı generalı Amerika vətəndaşlarına qarşı terror aktlarında iştirakda ittiham edir. Dövlət katibi Con Kerri də yaxın vaxtlarda bildirib ki, Suleymani və “Əl-Qüds” bölməsinə qarşı sanksiyalar İranla nüvə sazişindən sonra da qüvvədə qalacaq.

Suleymani “Əl-Qüds” bölməsindən əlavə İranın xaricində hərbi və gizli əməliyyatların keçirilməsi ilə məşğul olan xüsusi təyinatlı dəstəyə rəhbərlik edir. Bildirilir ki, “Əl-Qüds” “Həmas" və “Hizbullah” təşkilatlarına hərbi dəstək göstərir. Qərbin versiyasına görə, məhz Suleymani 2012-ci ildən başlayaraq Suriya prezidenti Bəşər Əsədə müxalifətin əlindəki bir sıra strateji əhəmiyyətli ərazilər qaytarmağa kömək edib.

”Fox News”un məlumatına görə, Suleymani iyulun 24-də Tehrandan 6:50-də “Air Iran” hava şirkətinin 5130 reysi ilə Moskvaya uçub. O, iki gün sonra – 26 iyulda saat 10:25-də 5120 reysi ilə Moskvanı tərk edib.

ABŞ prezidentliyə namizəd, Texas ştatından olan senator Ted Kruz isə belə bir versiya irəli sürüb ki, Rusiya və İran ABŞ-a haker hücumlarını birgə planlaşdıra bilər. ABŞ Müdafiə Nazirliyinin kompüterlərinə kiberhücum 25 iyulda olub. Vaşinqton Rusiya hakerlərindən şübhələnir. Bu barədə “NBC News” kanalına ABŞ rəhbərliyində anonim mənbə bildirib. Hücum nəticəsində təxminən dörd min hesab sındırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm