Pilot sərxoş olduğuna görə uçuş dayandı
Bizi izləyin

Dünya

Pilot sərxoş olduğuna görə uçuş dayandı

Norveçin paytaxtı Oslodan Yunanıstanın Krit adasına uçmalı olan “Air Baltic” hava yollarına məxsus təyyarənin pilotu və stüardessaları sərxoş olduğu üçün reys təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə İsveçin TT xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sərnişinlər ekipajın sərxoş olduğunu öyrəndikləri zaman dərhal polisə şikayət ediblər.

Göyərtəsində 109 sərnişin olan təyyarə havaya qalxmağa hazırlaşdığı zaman polis pilotları saxlayıb.

“Air Baltic” hava yolları şirkəti pilotlara görə sərnişinlərdən üzr istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm