Ölümə məhkum edilmiş prezident həbsxana şəraitindən narazıdır
Bizi izləyin

Dünya

Ölümə məhkum edilmiş prezident həbsxana şəraitindən narazıdır

Misirin keçmiş prezidenti Məhəmməd Mursi həbsxanada saxlanma şəraitindən şikayət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, devrilmiş prezident həkim müayinəsindən keçirilməsini tələb edib. Mursi həbsxana yeməklərinin də normal olmadığını deyib. O şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün həbsdəki yeməklərdən imtina edib.

Mursi devriləndən az sonra həbs edilərək ölüm cəzasına məhkum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm