Baş nazirin müavini prezidentin əmri ilə güllələndi
Bizi izləyin

Dünya

Baş nazirin müavini prezidentin əmri ilə güllələndi

Şimali Koreya baş nazirinin müavini Çxve Yon Qon prezident Kim Çen Inın əmri ilə güllələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi məlumat yayıb.

Məlumata görə, baş nazirin müavini meşə təsərrüfatı ilə bağlı hakimiyyətin siyasətini tənqid etdiyi üçün güllələnib. Agentlik öz mənbələrinə istinadən bildirir ki, hadisə may ayında baş verib.

Qeyd edək ki, may ayında Şimali Koreyada digər yüksək vəzifəli məmurun edamı haqqında da informasiya yayılıb. Həmin vaxt Şimali Koreyanın müdafiə naziri Xen Yen Çxolyanın güllələndiyi bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm