Türkiyədən ABŞ-a şok xəbərdarlıq: “Çəkilin, vuracağıq!”
Bizi izləyin

Dünya

Türkiyədən ABŞ-a şok xəbərdarlıq: “Çəkilin, vuracağıq!”

Türkiyə ötən ay İncirlik bazasından İŞİD-ə qarşı əməliyyatlarda istifadə olunmasına icazə verən razılaşmadan bir neçə saat sonra ABŞ-ın təəccübünə səbəb olan addım atıb.

Publika.az xəbər verir ki, “Fox News”a adı açıqlanmayan hərbi mənbə Şimali İraqda PKK düşərgələrinə qarşı həyata keçirilən hava hücumları barədə əməliyyatların başlanmasından 10 dəqiqə əvvəl xəbər verildiyini bildirib.

Qeyd edək ki, Şimali İraqda PKK düşərgələrinə qarşı hava əməliyyatları iyulun 24-də başlayıb. Hərbi mənbə gec olunan xəbərdarlıqla əlaqədar İŞİD-ə qarşı döyüşən beynəlxalq koalisiyanın qərargahında gərginlik yaşandığını deyib. “Bir türk səlahiyyətli gəldi və 10 dəqiqə ərzində hava əməliyyatlarının başlanacağını söyləyərək müttəfiq qüvvələrə aid təyyarələrin Mosulun şimalına çəkilməsini tələb etdi. Bundan hirslənmişdik. ABŞ qüvvələrinin türk bombaları ilə vurulması təhlükəsi var idi”, - mənbə söyləyib.

O, gərginliyin yaşandığı qərargahın hansı ölkədə olduğunu gizlilik səbəbi ilə açıqlamayıb. Amma qərargahın Yaxın Şərqdə olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm