İŞİD dalana dirəndi: qırıcılar Türkiyədən qalxır
Bizi izləyin

Dünya

İŞİD dalana dirəndi: qırıcılar Türkiyədən qalxır

Türkiyənin İncirlik hərbi hava bazasından qalxan ABŞ-ın hərbi təyyarələri İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzİ Komandirliyindən (CENTCOM) bildirilib.

Açıqlamaya görə, bazadan qalxan F-16 təyyarələri İŞİD-in Suriyadakı bəzi hədəflərini vurub. Hava əməliyyatları barədə əlavə məlumat verilməyib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) avqustun 9-da verdiyi açıqlamasında 6 ədəd F-16 təyyarəsi və 300 nəfərlik hərbi qüvvənin İncirlik bazasına çatdığını açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm